Salyanda minik avtomobili qatarla toqquşub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında dəmiryolu xəttinin Salyan-Salmanlı sahəsində olub.
Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil hərəkətdə olan lokomotivin qarşısına çıxıb.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Sürcü sonda özünü maşından ataraq xilas olub.

