Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb.
Globalinfo.az bildirir ki, bu barədə görüntülər Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub.
Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını da aşıb.
Xatırladaq ki, hadisə səhər saatlarında baş verib. Hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.