Məhəmməd Psixiatriya Xəstəxanasından evə buraxıldı – VİDEO

Məhəmməd Psixiatriya Xəstəxanasından evə buraxıldı - VİDEO

Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verənlər barədə videosu ilə gündəm olan, ardınca Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyev tibb ocağından evə buraxılıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, yeniyetməni qardaşı Əli Hacıyev xəstəxanadan çıxarıb. 16 yaşlı Məhəmməd videoda ona dəstək olanlara təşəkkür edib: “Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaq evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.

Həmin videonu təqdim edirik: