Rusiya hökuməti 2027-ci ildə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvəqqəti yaşamaq icazələrinin sayını 3 010 olaraq müəyyənləşdirib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı hökumət qərar qəbul edib. Sənədə əsasən, ehtiyat kvota çərçivəsində nəzərdə tutulan icazələrin sayı da azaldılıb. Belə ki, bu göstərici 1 140-dan 900-ə endirilib.

İcazələrin ən böyük hissəsi Moskva şəhəri və Moskva vilayəti üçün ayrılıb. Paytaxtda 500, Moskva vilayətində isə 250 nəfərin müvəqqəti yaşamaq icazəsi alması nəzərdə tutulur.

Digər regionlarda da kvotalara dəyişiklik edilib. Sankt-Peterburq üçün ayrılan icazələrin sayı 100-dən 50-yə, Leninqrad vilayəti üzrə isə 50-dən 25-ə salınıb.

Ən aşağı kvota Yəhudi Muxtar Vilayəti, Tuva və Xakasiya respublikaları, eləcə də Kostroma vilayəti üçün müəyyənləşdirilib. Bu ərazilərin hər birinə beş icazə ayrılıb.

Rusiyada müvəqqəti yaşamaq icazələri üzrə kvota hər il regional hakimiyyət orqanlarının təklifləri əsasında təsdiqlənir. Qərar qəbul edilərkən miqrasiya vəziyyəti və ölkənin ayrı-ayrı regionlarının iqtisadi şəraiti nəzərə alınır.

Paylaş: