Laçın rayon sakini Ağcabədidə balıq tutarkən boğularaq ölüb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən “Axmaz” adlı gölməçədə baş verib.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan, 1974-cü il təvəllüdlü Rafiq Əliyev Muğan oğlu balıq tutmaq üçün gölməçəyə gedib. O, burada suda boğularaq həyatını itirib.
Yaxınlıqdan keçən sakinlər R.Əliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.