ukrayna herbci


Ukrayna Rusiya ilə münaqişənin ən pis ssenarisinə hazırlaşmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter deyib.

”Məğlubiyyətlə üzləşirsən. Bu reallığa öyrəş. Heç kim Ukrayna ilə maraqlanmır. Son ukraynalıya qədər müharibə. Sənin istədiyin bu idi. Bunu əldə edəcəksən”, – deyə o, bildirib.

Daha əvvəl Ukraynanın İqtisadiyyat, Ətraf Mühit və Kənd Təsərrüfatı naziri Oleksiy Sobolev ölkəni altı milyondan çox vətəndaşın tərk etdiyini bildirmişdi.

Tahir Turan

Globalinfo.az

Paylaş: