Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” və “Sabah” komandaları heç-heçə ediblər.

Globalinfo.az xəbər verir ki, “Palms Sport Arena”da keçirilən və liderlik baxımından əhəmiyyət daşıyan qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

Görüşün baş hakimi Rauf Cabarov olub.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” və Yuri Vernidubun çalışdırdığı “Neftçi”nin hər ikisinin aktivində 15 xal var. Komandalar turnir cədvəlində liderliyi bölüşürlər.

Qeyd edək ki, VII tura oktyabrın 11-də yekun vurulacaq.

Paylaş: