Moskva

Ukrayna dronlarının hücum təhlükəsi səbəbindən Moskvanın hava limanlarında son 24 saat ərzində 373 reys gecikib, daha 62 reys isə ləğv olunub. Gecikmələr Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarını əhatə edib.

Globalinfo.az xəbər verir ki, ən mürəkkəb vəziyyət Vnukovo hava limanında yaranıb.

Burada 158 reys gecikib, 38 reys ləğv edilib. Şeremetyevo hava limanında 157 reysin uçuşu və ya enişi gecikib, 11 reys ləğv olunub. Domodedovo hava limanında isə 58 reys gecikib, daha 13 reys həyata keçirilməyib.

Beləliklə, Moskvanın üç əsas hava limanında ümumilikdə 435 reysin qrafikində dəyişiklik baş verib.

Dron hücumu təhlükəsi ilə əlaqədar Moskva və ətraf vilayətlərdə hava həyəcanı elan edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində hava limanlarında xüsusi rejimi tətbiq olunur. Bu rejim təyyarələrin uçuş və enişlərinin müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: