Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məhkəmənin qərarı ilə anasını qəsdən və əvvəlcədən planlaşdıraraq öldürməkdə təqsirləndirilən 28 yaşlı Tuğyan Ülkəm Gülter ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Güllü səhnə adı ilə tanınan türkiyəli müğənni Gül Tut 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yaşadığı binanın altıncı mərtəbəsindən yıxılaraq həyatını itirib.
Onun ölümü ilə bağlı başladılan istintaq çərçivəsində qızı Tuğyan Ülkəm Gülter şübhəli qismində saxlanılıb.
Safura Bənnayeva
Globalinfo.az