hadrut emeliyyati 11

“Hadrut Qarabağın açarıdır. Və Hadrutda baş verənlər hərb tarixində nadir hallarda rast gəlinən böyük bir qəhrəmanlıq dastanıdır. Hərbdə əsas prinsiplərdən birinə görə, hücum edən tərəf üçqat üstünlüyə malik olmalıdır. Halbuki onlar 2500-3000 nəfərlik düşmənə qarşı cəmi 200-250 xüsusi təyinatlılardan ibarət idilər”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar “X” hesabındakı paylaşımında bildirib.

Ekspertin sözlərinə görə, Cəbrayıl düzənliklərində Azərbaycan və Ermənistan xüsusi təyinatlı qüvvələri arasında iradə, ruh yüksəkliyi və güc baxımından üstünlük qazanmağa yönəlmiş döyüşlər və Cəbrayılın alınması çox vacib idi:

“Hadrutun fəthi Cəbrayıldan sonra baş verdi. Bu, müharibənin taleyinə təsir edəcək çox vacib bir hadisə idi. Hadrut, bu əməliyyatın ürəyi, beyni və mərkəzi, erməni müdafiə xəttinin qərargahı idi. Bura çox çətin, kələ-kötür, eyni zamanda demoqrafik və topoqrafiyası baxımından böyük bir ərazidir. Azərbaycan xüsusi təyinatlıları Cəbrayıl tərəfdən çox kiçik bir bölmə ilə strateji basqın həyata keçirdilər və uğur qazandılar. Təsəvvür edin, bir qərargaha basqın edirsiniz, hamı bir-birinə atəş açır. Belə bir xaos yaranmışdı və ermənilər qaçarkən bir-birini əzib keçirlər.

Ermənilərin Qarabağla bağlı iddialar irəli sürmək üçün təsir gücü əllərindən alınırdı. Paşinyan şoka düşmüşdü, inana bilmirdi və hətta əks-hücuma keçdilər. Ərgünəş dağı uğrunda döyüşlər çox önəmli idi. Hadrut ətrafındakı dağ keçidlərinə nəzarət çox vacib idi. Hadrutun azad edilməsi əvvəlcə Füzuliyə, sonra isə Şuşaya aparan yolu açdı. Bu baxımdan, Azərbaycanın qələbəyə gedən yolu Hadrutda başladı. Hadrut erməni iradəsini qırmaq, onların xəyallarını, iddialarını və ambisiyalarını aradan qaldırmaq baxımından çox vacibdir.

A.Ağar Hadrut döyüşü qəhrəmanlarının ona danışdıqları və “Qarabağ dastanı” kitabında yazdığı məlumatı da paylaşıb:

“Hadrut dağına qalxdıqdan sonra briqada komandirimiz üç batalyon komandirini yanına çağırdı. Biz dağın dərinliyində meşəlik ərazidə, xüsusi təyinatlı qüvvələrin briqada komandiri və üç xüsusi təyinatlı tabor komandiri ilə görüşdük. Briqada komandirimiz dedi: “Hadrut düşmənin ən sevimli yeridir, bura onların yuvasıdır, diviziya qərargahı və alayları buradadır.

WhatsApp Image 2024 11 01 at 16.00.49

Abdullah Ağar

Hamısını tapdalayın, çünki bunlar şər yuvasıdır. Bütün Azərbaycan, bütün türklər, bütün müsəlmanlar, ədalət axtaran bütün bəşəriyyət sizi gözləyir. Sonra vəziyyəti qiymətləndirdik, xəritəyə nəzər saldıq və vəziyyəti təhlil etdik. Əməliyyat planımız qısaca belə idi: Meşəlik ərazidən istifadə edərək, Hadruta iki istiqamətdən daxil olacaq, əvvəlcə onu sabitsizləşdirəcək, sonra isə düşməndən təmizləyəcəkdik. Orada ermənilərin diviziya qərargahı, bir alay və üç batalyonu var idi. Batalyonumuz adətən 75 nəfərdən ibarət idi, amma buraya çatanda batalyonlarımızın yarısı şəhid olmuş və ya yaralı idi. Digər tərəfdən, düşmən bizim kimi döyüşlərdən yorulmamışdı. Hadruta girəndə cəmi 250 əsgər idik. Düşmənin isə 2000-dən çox əsgəri vardı, qalanları isə milis, mülki məmurlar və polis olmaqla 3000 nəfər idi. Bu baxımdan, hərb sənətinin ən vacib prinsipini pozurduq. Plan sadə, amma icrası çətin, hətta qeyri-mümkün idi. Ən kiçik bir səhv belə ölümcül nəticələnəcəkdi. Burada xüsusi təyinatlı qüvvələrin bütün taktika və texnikalarından, iradəsindən, inamından və təcrübəsindən istifadə edəcəkdik. Artıq ölümə getdiyimizin fərqində idik. Bunu edə bilərikmi? Vidalaşdıq, hallalaşdıq, qucaqlaşdıq. “Biz bunu edəcəyik, bilirəm, biz Hadrutu düşməndən alacağıq”, komandir dedi”.

Tərcümə etdi: Gülnar Səlimova

Paylaş: