ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyat planını nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, plan təxminən üç gün davam edəcək qısamüddətli, lakin intensiv əməliyyatı nəzərdə tutur.
Qəzetin mənbələri bildiriblər ki, Tramp Pentaqonun hazırladığı və İrana məxsus pilotsuz uçuş aparatları (PUA) və raket anbarlarına, eləcə də enerji infrastrukturuna zərbələr endirilməsini nəzərdə tutan planları nəzərdən keçirir.
“Halbuki D.Tramp cəmi bir gün əvvəl noyabrın 3-nə planlaşdırılan aralıq seçkilərə qədər zərbələrin endirilməyəcəyini bəyan etmişdi”, – deyə nəşr yazıb.
Günay Rəsulqızı
Globalinfo.az