WhatsApp Image 2026 10 09 at 01.15.45 1

Mərhum prezident, Milli Azadlıq Hərəkatının lideri olmuş Əbülfəz Elçibəy jurnalist Mirşahin Ağayevə 1998-ci ildə verdiyi müsahibədə maraqlı faktlara toxunub.

Globalinfo.az xəbər verir ki, Mirşahin Ağayevin “İsgəndər Həmidov niyə istefa verdi” sualına sabiq prezident belə cavab verib:

“Kəlbəcərin işğalından sonra İsgəndər Həmidov daxili işlər naziri vəzifəsində qalmaq istəmədi. İsrarla vəzifədən azad olunmasını istədi”.

Ə.Elçibəy qeyd edib ki, İsgəndər Həmidovu bir neçə dəfə fikrindən daşındırmağa çalışıb. Sonuncu dəfə isə İsgəndər Həmidov Prezident Administrasiyasında, Əbülfəz Elçibəyin iş otağında mövzuyla bağlı müzakirə zamanı onu istefanı qəbul etməsi üçün çıxılmaz vəziyyətə salıb.

Sabiq prezident jurnalistə bildirib ki, İsgəndər Həmidov onun kabinetində pəncərənin qarşısına gedərək istefasını qəbul etməyəcəyi təqdirdə özünü pəncərədən atacağını bildirib. Ardınca isə “mən ölüm, övladlarım yetim qalsın?” ifadəsini səsləndirib. Mərhum prezident Həmidovun bu sözlərindən sonra onun istefasını qəbul etməyə məcbur qaldığını bildirib.

Xatırladaq ki, İsgəndər Həmidov 1992-ci ilin may ayının 18-də daxili işlər naziri təyin olunub. O həmin dövrdə Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən İsa Qənbərin sərəncamı ilə bu vəzifəyə gətirilib. İsgəndər Həmidov 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalından sonra istefa verib.

Onun yerinə daxili işlər naziri vəzifəsinə Abdulla Allahverdiyev gətirilib. A.Allahverdiyev 1993-cü ilin iyul ayında vəzifəsindən uzaqlaşdırılıb və yerinə Vaqif Novruzov daxili işlər naziri təyin olunub.

Paylaş: