1780564844173297 NwQl 1tz

Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna endirilən zərbə nəticəsində 30 nəfər ölüb, 18 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin və vilayət prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 8-də saat 10:00 radələrində baş verib.

İlkin məlumatlarda zərbə nəticəsində 12 nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı qeyd olunurdu. Sonradan vilayət prokurorluğu itkilərin artdığını açıqlayıb. Yeni məlumata əsasən, ölənlərin sayı 30-a, yaralananların sayı isə 18-ə yüksəlib.

Ukrayna tərəfinin ilkin versiyasına görə, avtobuslara yüksək dəqiqlikli idarə olunan aviasiya bombaları ilə zərbə endirilməsi ehtimal olunur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: