ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini 7 oktyabrda qeyd etdiyi 74-cü doğum günü münasibətilə təbrik etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
“Tramp tərəfindən Putinin doğum günü münasibətilə təbrik teleqramı olmayıb”, – Peskov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, Tramp və Putin arasında növbəti telefon danışığının nə vaxt baş tutacağı hələ məlum deyil.
Bununla belə, onun sözlərinə görə, liderlər arasında danışıqların razılaşdırılmasında hər hansı gecikmə yoxdur və telefon danışığı hələ də baş tuta bilər.
Qeyd edək ki, Rusiya mediasında Putini çoxsaylı xarici siyasətçilərin ad günü münasibətilə təbrik etdiyi barədə məlumatlar yayılsa da, konkret olaraq Çin lideri Si Cinpin, Belarus lideri Aleksandr Lukaşenko və Şimali Koreya lideri Kim Çen İnin təbrikləri açıqlanıb.
Leyla Əlisoy
Globalinfo.az