nar

Mədə eroziyası və xora diaqnozu qoyulan şəxslərə narı tumu ilə yemək tövsiyə edilmir.

Globalinfo.az xəbər verir ki, bunu qastroenteroloq Natalya Kovalyova deyib.

O qeyd edib ki, bəzi şəxslər narı yeyərkən çəyirdəyini qəbul etmirlər:

“Lakin mədəsində problem olmayanların narı çəyirdəyi ilə qəbul etməsi məsləhətdir. Çünki çəyirdəyin tərkibində orqanizm üçün faydalı olan bir sıra maddələr, o cümlədən mürəkkəb karbohidratlar, polisaxaridlər, nişasta və liflər var.

Bu maddələr həzm sisteminin fəaliyyətində mühüm rol oynayır. Lif bağırsaqların peristaltikasına kömək edir və toksinlərin orqanizmdən xaric olunmasını dəstəkləyir”.

Həkim bildirib ki, bununla belə, mədə-bağırsaq xəstəlikləri olan şəxslərin nar və onun tumlarını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: