tramp 13 900x600 2

ABŞ Prezidenti Donald Tramp iki şəhərlə bağlı çıxışına yenidən aydınlıq gətirməli olub.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “CBS” telekanalına müsahibəsində danışıb.

Tramp deyib ki, İran əgər nüvə silahına sahib olsaydı, Los-Anceles və San-Dieqo da daxil olmaqla iri şəhərlərə raket zərbələri endirə bilərdi.

“Biz İranla məşğul olmalı olduq, çünki əks halda onun nüvə silahı olacaqdı”, – deyə Ağ Ev rəhbəri bu ilin fevralında ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniyanı əsaslandırarkən bildirib.

Qeyd edək ki, oktyabrın 7-də ABŞ vitse-prezidenti Ceyms Di Vens müharibənin dayandırılması üçün İranın uranın zənginləşdirilməsi üzrə imkanlarını azaltmalı olduğunu deyib.

Sentyabrın 25-də İran Prezidenti Məsud Pezeşkian ABŞ-la razılaşma əldə olunacağı təqdirdə yüksək dərəcədə zənginləşdirilmiş urandan imtina etməyə hazır olduqlarını açıqlayıb. Onun sözlərinə görə, bunu beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində həyata keçirmək mümkündür.

Xatırladaq ki, D.Tramp ötən günlərdə İranla qarşıdurma zamanı iki böyük şəhərin məhv edilə biləcəyini istisna etməmişdi. Sözügedən açıqlama ABŞ-da rezonans doğurmuşdu.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: