İstanbulda çökən binanın dağıntıları altında qalan 12 nəfərdən 6-sı xilas edilib.
***09:00
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb.
Globalinfo.az bildirir ki, hadisə yerinə xilasedicilər cəlb olunub.
Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir.
Onların axtarış-xilasetmə işlərinə başlanıb.
Hadisə nəticəsində ölənlərin olub-olmadığına dair məlumat paylaşılmayıb.

