
ABŞ Prezidenti Donald Tramp Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərmək qərarını dəstəklədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında müttəfiqlərinin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstək vermək səylərini müsbət qiymətləndirdiyini deyib.
Zelenski ilə danışdım: o da Putin kimi… – Tramp
Bu addım Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında avqustun 7-də imzalanan Məkkə Qarşılıqlı Müdafiə Sazişi çərçivəsində atılır. Sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı hücum hesab olunur.
Bazar ertəsi Ankara və İslamabad Səudiyyə Ərəbistanında koordinasiyalı hərbi qüvvə və vasitələrin sürətli şəkildə yerləşdirilməsi barədə razılığa gəliblər.
Türkiyə hökumətindəki mənbənin sözlərinə görə, qoşunların yerləşdirilməsi üçün bir sıra hüquqi və inzibati prosedurların tamamlanması tələb olunur. Əməliyyatın konkret başlama tarixi isə hələ müəyyən edilməyib.
Globalinfo.az