ABŞ Prezidenti Donald Tramp atdığı addımların dünyanın tamamilə məhv edilməsinin qarşısını almış ola biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Ola bilsin, mən dünyanı tamamilə məhv edilməkdən qarşısını xilas etmişəm”, – deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti bu fikrini hansı konkret hadisə və ya qərarı ilə əlaqələndirdiyini açıqlamayıb.
Bundan əvvəl ABŞ Prezidenti Ukraynada müharibənin sona çatdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini söyləyib. O qeyd edib ki, yaxın vaxtlarda döyüşlərin dayandırılacağına ümid edir.