
Almaniyanın Saksoniya-Anhalt əyalətində yeni parlamentin ilk təşəbbüslərindən biri Ukraynaya hərbi və maliyyə dəstəyinin dayandırılması, həmçinin Rusiyaya qarşı sanksiyalar siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya mediası yazıb.
Məlumata görə, parlamentdə birgə qətnamə layihəsi hazırlanıb. Sənəddə Ukraynada dərhal atəşkəsin əldə olunması və Rusiya ilə sülh danışıqlarına başlanması çağırışı yer alır.
Layihənin müəllifləri Ukraynaya silah və maliyyə yardımının dayandırılmasını, Moskva ilə iqtisadi əlaqələrin normallaşdırılmasını və Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin ləğvini tələb edirlər.
Saksoniya-Anhalt üzrə AfD lideri və əyalətin baş naziri postuna namizəd Ulrix Ziqmund federal hökumətin Ukrayna siyasətini tənqid edib.
O bildirib ki, partiyası Berlinə siyasi təzyiqi artıracaq və vergi ödəyicilərinin vəsaitlərinin Ukraynaya silah tədarükünə deyil, Almaniya əhalisinin ehtiyaclarına yönəldilməsini müdafiə edəcək.
Tahir Turan
Globalinfo.az