Gürcüstanda radioaktiv maddə olan “Uran-238”i xarici vətəndaşa satmağa hazırlaşdığı iddia edilən şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı ölkənin Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılan Gürcüstan vətəndaşı nüvə materialının satışı müqabilində 700 min dollar (təxminən 1 milyon 190 min manat) əldə etməyi planlaşdırıb.
“Əməliyyat əks-kəşfiyyat və əməliyyat şöbələrinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində keçirilib. Şəxs radioaktiv maddə olan uranın qanunsuz dövriyyəsində şübhəli bilinir”, – deyə qurum qeyd edib.
Faktla bağlı cinayət işi başlanıb.
Saxlanılan şəxsi 10 ilədək həbs cəzası gözləyə bilər.
Safura Bənnayeva
Globalinfo.az