zerdab defn

Ukraynada atəş altına düşərək həlak olan qardaşlar Zərdab rayonunda dəfn olunub.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Fəqan və Gülağa Uğurluyev qardaşlarının cənazələri bu gün Zərdab rayonuna gətirilib. Onlar Məmmədqasımlı kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurluyev, qardaşı Fəqan Uğurluyev və daha 2 nəfər Donetskdə avtomobildə atəşə tutulub.

Bazarda alverlə məşğul olan həmyerlilərimizin Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulduqları bildirilir.

Onlar hadisə yerində ölüb.

Paylaş: