Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və qurum sədrinin vəzifəsindən azad olunması məsələsinə baxılıb.
Qərara əsasən, Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunanadək bu vəzifə müavin Xatirə İbrahimliyə həvalə olunub.
Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı mandatından məhrum edilib.