kemaleddin heyderov

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.

Globalinfo.az Manset.az-a istinadla xəbər verir ki, FHN Aviasiya Dəstəsinin rəisinin birinci müavini, polkovnik Rahim Cəfərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Məlumata əsasən, qərar Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə verilib.

Hazırda Rahim Cəfərovun tutduğu vəzifəyə yeni təyinat yoxdur.

Qeyd edək ki, Rahim Cəfərov uzun müddət aviasiya sahəsində xidmət edib və bu istiqamətdə təcrübəli mütəxəssislərdən biri kimi tanınıb.

Xatırladaq ki, FHN Aviasiya Dəstəsinə hazırda general-mayor Fərhad Səmədov rəhbərlik edir. O, sözügedən vəzifəyə bir neçə ay əvvəl təyin olunub.

whatsapp image 2026 10 06 at 151833 1791285846

Paylaş: