tacir sahmalioglu

Müğənni Tacir Şahmalıoğlu səhhətindən danışıb.

Globalinfo.az xəbər verir ki, ifaçı “Xəzər TV”yə açıqlamasında şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib.

O qeyd edib ki, İstanbulda əməliyyat keçirib və Azərbaycana qayıtdıqdan sonra şiddətli ağrıları başlayıb. Müayinələr zamanı problemin öd kisəsi ilə bağlı olduğu və ödün partlayaraq daxili orqanlara yayıldığı məlum olub.

“İstanbulda əməliyyat olunduqdan sonra bura gəldim. Qəfildən ağrılarım başladı. Öd partlayıb, daxili orqanlara yayılıb. Məni o hala salan öd imiş. Həkim deyir ki, normal olacağam”, – deyə Tacir Şahmalıoğlu bildirib.

Paylaş: