İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda keçiriləcək MDB sammitində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Pezeşkian sammitin geniş tərkibdə keçiriləcək iclasında iştirak edəcək. İran Prezidenti daha sonra Xəzər ekologiya sammitində çıxış edəcək.
Uşakov bildirib ki, Pezeşkianın iştirakı MDB tarixində bir ilk olacaq.
Rusiya Prezidentinin köməkçisi həmçinin qeyd edib ki, MDB sammitinə üzv dövlətlərin başçılarından doqquzunun iştirakı artıq rəsmən təsdiqlənib.