1668067957 pasinyanyeni

İrəvanın keçmiş meri Qraçya Sərkisyan Baş nazir Nikol Paşinyanın müşaviri təyin edilib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bununla əlaqədar müvafiq fərman imzalayıb.

Qeyd edilir ki, Sərkisyan 2018-ci ilin sentyabrında keçirilən bələdiyyə seçkiləri zamanı İrəvan şəhər şurasına üzv seçilib. Bundan sonra o, şəhərin birinci vitse-meri təyin edilib.

2021-ci ilin dekabrında isə Hayk Marutyan istefa verdikdən sonra şəhər şurası Sərkisyanı mer seçib. Sərkisyan bu il martın 17-də istefa verib.

Paylaş: