HƏMAS-ın yüksək səviyyəli nümayəndəsi Bassem Naim Baş nazir Benyamin Netanyahunun yenidən seçilməsinin həm İsrail, həm də dünya üçün fəlakət olacağını bildirib.
Globalinfo.az xəbər verir ki, Naim Netanyahunu Qəzzada münaqişəni şəxsi siyasi maraqları naminə davam etdirməkdə günahlandırıb.
“Netanyahu çirkli və ölümcül missiyasını davam etdirmək istəyir. O, regionda qaldığı müddətdə nə sülh, nə inkişaf, nə də sabitlik olacaq. Onun yenidən seçilməsi İsrail və bütün dünya üçün fəlakətə çevriləcək”, – deyə HƏMAS nümayəndəsi bildirib.
Naimin sözlərinə görə, regionun inkişafına və rifahına yönələn təşəbbüslər məhz Netanyahu tərəfindən əngəllənir.
HƏMAS nümayəndəsi həmçinin İsrail baş nazirinin həbs edilməkdən narahat olduğunu açıqlayıb. Onun sözlərinə görə, Netanyahu Qəzzada müharibənin davam etdirilməsini şəxsi qisas məsələsi kimi görür.
Əliyar Xəlil