21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Globalinfo.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi U-21 yığmamız Bakıda Cəbəllütariq seçməsi ilə qarşılaşıb.
B qrupunda keçirilən qarşılaşma millimizin üstünlüyü ilə başa çatıb. Azərbaycan komandası rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Millimizin heyətində Nihat Əhmədzadə 8-ci dəqiqədə hesabı açıb. Ağadadaş Salyanski isə 43-cü və 51-ci dəqiqələrdə fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.
Beləliklə, Azərbaycan U-21 millisi qrup mərhələsini 10 xalla 6 komanda arasında 5-ci pillədə başa vurub.