Tehran silah və müdafiə texnikası istehsalı gücünü 2,5 dəfə artırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talainik məlumat verib.
O bildirib ki, ölkənin silah və müdafiə texnikası istehsalı gücü Ramazan ayındakı müharibədən əvvəlki dövrlə müqayisədə 2,5 dəfə artıb.
Bəzi silah növlərinin istehsal həcmi isə üç dəfədən çox yüksəlib.