424bab4a 4c2b 43ac 913b 6fe7bb5e2a58

Əsl adı Hakan Aydın olan türkiyəli müğənni Blok3 barəsində yol polisi yoxlanışından sonra başladılan proses yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara əsasən, sənətçinin cəzası müəyyənləşdirilib.

Məlumata görə, Blok3 ötən aylarda Ataşehirdə keçirilən adi yol polisi yoxlanışı zamanı saxlanılıb. Yoxlama zamanı onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi müəyyənləşib. Bundan başqa, sənətçinin qanında 1.14 promil spirt aşkarlanıb.

24 yaşlı Hakan Aydına bu əmələ görə 23 min 437 lirə məbləğində inzibati cərimə tətbiq olunub. Eyni zamanda, onun barəsində “Yol hərəkəti təhlükəsizliyini pozma” maddəsi ilə istintaq başladılıb.

İş üzrə əvvəlcə Blok3-ə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi nəzərdə tutulub. Daha sonra qanunvericilikdəki güzəştlər nəzərə alınaraq cəza yarıbayarı azaldılıb və 4 ay müddətinə endirilib.

Məlumata görə, sənətçinin məhkumluq tarixçəsi və maddi vəziyyəti də qiymətləndirildikdən sonra 4 aylıq həbs cəzası 12 min TL məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.

Qeyd edək ki, Blok3 “Sebebi Yar”, “Napıyosun Mesela?” və “Kusura Bakma” mahnıları ilə məşhurlaşıb. Onun noyabr ayında Bakıda konserti planlaşdırılırdı.

Paylaş: