Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.
Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev əmr imzalayıb.
Əmrə əsasən, Leyla Seyidova Agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib.
L.Seyidova bundan əvvəl Tibbi-sosial ekspertiza xidmətinin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Xatırladaq ki, bundan əvvəl həmin departamentin müdiri Yalçın Niftiyev olub. Y.Niftiyev bir neçə ay əvvəl SOCAR vitse-prezidentinin müavini təyin olunub.