Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə baş verən yanğının qarşısı alınıb.
FHN-dən Globalinfo.az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
***15:52
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.