avtobus 0

Qarşıdakı günlərdə havanın yağışlı keçəcəyi gözlənilir. Bu səbəbdən sərnişinlərə avtobuslardan istifadə zamanı diqqətli olmaları ilə bağlı müraciət edilib.

Globalinfo.az bildirir ki, bu barədə “Yeni Sabah“a avtobus operatorundan məlumat verilib.

Bildirilib ki, yağışlı havalarda avtobusa daxil olmazdan əvvəl çətirləri bağlamaq vacibdir. Sərnişinlərdən bağlı çətirləri aşağıya doğru və özlərinə yaxın saxlamaları xahiş olunub.

Qeyd edilib ki, bu, digər sərnişinlərin və oturacaqların islanmasının qarşısını alacaq və ictimai nəqliyyatda hər kəs üçün daha rahat səfər şəraiti yaradacaq.

Paylaş: