Almaniyanın xarici işlər naziri Yohann Vadeful rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı onunla əl sıxmasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “T-online” məlumat yyaıb.
Vadeful bu addımını diplomatik davranış və sivil münasibət qaydaları ilə izah edib:
“İnsan sivil davranışdan yalnız görüşdüyü və söhbət etdiyi şəxsin özündən tamamilə fərqli dəyərlərə sahib olması səbəbindən imtina etmir”.
Vadeful qeyd edib ki, xarici işlər nazirinin əsas vəzifələrindən biri hamının razı olmadığı, hətta çətin və narahatedici hesab etdiyi məsələlər üzrə belə danışıqlar aparmaqdır.
Rusiya və Almaniyanın xarici işlər nazirləri sentyabrın 26-da Almaniya tərəfinin təşəbbüsü ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında görüşüblər. Təxminən 20 dəqiqə davam edən danışıqlar qapalı formatda keçirilib.
Qeyd edək ki, Almaniya XİN başçısının Sergey Lavrovla əli ilə salamlaşması tənqidlərə səbəb olub.
Safura Bənnayeva
Globalinfo.az