kollaj16

2026-cı il oktyabrın 5-də “Palmali” Şirkətlər Qrupunun idarə etdiyi “Royad Mammadov” adlı yük gəmisi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkət edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib  ki, hücumdan sonra gəmidə yanğın baş verib və ekipajın təxliyəsi üçün xilasetmə əməliyyatına başlanılıb.

Hadisə nəticəsində iki dənizçinin həyatını itirməsi ilə bağlı dərin kədər hissi keçirdiklərini bildirən şirkət, digər ekipaj üzvlərinin sağ-salamat təxliyə edilərək təhlükəsiz əraziyə çatdırıldığını qeyd edib.

“Palmali” Şirkətlər Qrupu həlak olan dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Şirkətdən bildirilib ki, mərhumların ailələrinə hər cür zəruri dəstək göstərilir və onların ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlər görülür.

Açıqlamada hadisə ilə bağlı prosesin aidiyyəti qurumlarla koordinasiya şəraitində yaxından izlənildiyi də vurğulanıb.

b015d343 d7b9 48e3 b357 85aea13345d2

Paylaş: