Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub.
Globalinfo.az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Ofeliya Sənani daha əvvəl infarkt keçirdiyini açıqlamışdı. Ona həmçinin ağciyər ödemi diaqnozu qoyulmuşdu.