1712855652 alexander stubb 900x600 1

Finlandiya Prezidenti Aleksandr Stubb sentyabr ayında BMT Baş Assambleyasının iclası çərçivəsində dünya nizamında ciddi dəyişikliklərin baş verdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “The Washington Post”a müsahibəsində danışıb.

Stubb qeyd edib ki, qlobal vəziyyətin nə vaxt sabitləşəcəyini dəqiq söyləmək çətindir. Onun fikrincə, hazırkı qeyri-müəyyənlik dövrünün başa çatması və yeni dünya nizamının formalaşması üçün daha 5-10 il lazım ola bilər.

Finlandiya lideri hazırda dünyanın keçid mərhələsində olduğunu vurğulayıb və məhz bu aralıq vəziyyətin beynəlxalq münasibətləri daha mürəkkəb etdiyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: