“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın sərvəti yenidən 1 trilyon dollar həddinə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, fond bazarlarında ticarətin başlamasından sonra hər iki şirkətin səhmlərində qeydə alınan kəskin artım Maskın trilyonçu statusunu bərpa etməsinə səbəb olub.

Bazar ertəsi günü Maskın ümumi sərvəti 1 trilyon dollar olaraq qiymətləndirilib. Bu göstərici əvvəlki cümə gününün yekun nəticəsi ilə müqayisədə 30,6 milyard dollar çoxdur.

Qeyd edək ki, İlon Mask ilk dəfə iyunun 12-də 1 trilyon dollarlıq sərvətə çatan ilk şəxs kimi tarixə düşüb. O, təxminən iki həftə ərzində trilyonçu statusunu qoruyub.

Paylaş: