6ac346abea8456ac346abea84617911825076ac346abea8416ac346abea844

“Financial Times” Estoniyanın aktiv müdafiə strategiyasının bir hissəsi olaraq qoşunlarını Rusiya sərhədinə yaxınlaşdırdığını yazıb.

Nəşr bildirib ki, ölkə sonrakı əks tədbirlərə etibar etmək əvəzinə, sərhəd müdaxiləsinin qarşısını almağa çalışaraq qoşunlarını şərqə doğru hərəkət etdirir.

Birinci Estoniya Briqadasının bölmələri Rusiya sərhədindən cəmi 50 kilometr aralıda yerləşən və genişmiqyaslı yeni hərbi obyektlərin tikildiyi Yıxvi şəhərinə köçürülür.

Bu, Rusiya ilə müharibə hazırlığıdır? Estoniyanın tədbirləri nəyə hesablanıb?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Estoniya və ümumilikdə Baltik ölkələri üçün Rusiyadan təhdid hər zaman var:

“Bu ölkələr xüsusilə son illərdə həm hərbi xərcləri artırıb, həm də Rusiya ilə sərhəddə qüvvələr cəmləyib. Aydın məsələdir ki, Rusiya bu ölkələrə hücum etməyəcək, lakin təxribat ehtimalları hər zaman var. Kreml daha çox sözügedən ölkələr üzərindən NATO-ya xəbərdarlıq edir.

NATO-Rusiya toqquşması isə, məncə, baş verməyəcək. Ümumiyyətlə, Rusiya belə bir müharibəni gözə ala bilməz. Bu müharibə xərcli və risklidir. Ona görə hələlik Estoniya və digər ölkələr sadəcə hərbi qüvvələrin sayını artırıb sərhəddə təhlükəsizlik tədbirləri görməklə kifayətlənir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: