Bu gün Rusiya tərəfdən hücuma məruz qalan “Royad Məmmədov” gəmisi Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsusdur.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib.
Qeyd edək ki, Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2020-ci il noyabrın 8-də şəhid olub.
***16:26
Rumıniyanın ərazi sularının hüdudlarından kənarda “Royad Mammadov” gəmisində baş verən yanğın nəticəsində iki nəfərin öldüyü bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin dərc etdiyi məlumatda qeyd olunur.
***15:37
Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.
Rumıniya rəsmilərinin məlumatına görə, gəminin 11 ekipaj üzvü xilas edilib, iki nəfər isə həlak olub.