Eliyevler 121

Globalinfo.az Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünya mediasına verdiyi müsahibələrdən maraqlı sitatları xatırlatmağa davam edir.

Bu kontekstdə Prezidentin 2020-ci ilin bu günü – oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsi xüsusi diqqət çəkir.

Həmin müsahibədə jurnalistin “Mərhum atanızın sizə Qarabağla bağlı vəsiyyəti olubmu, olubsa nə idi?” sualına Ali Baş Komandan İlham Əliyev belə cavab verib:

– Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə – istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da təzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər olmuşdu ki, Qarabağa müstəqillik verin, Qarabağ sizdən ayrıldı, sizdən qopdu. O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqının maraqlarına zidd olan heç bir sənədə qol qoymadı. Çünki o xalqımızın Lideri idi.

Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm –Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.

Paylaş: