ABŞ Prezidenti Donald Tramp Braziliyada keçirilən seçkilərlə bağlı paylaşımında ölkəni Hindistanla səhv salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb.
Belə ki, Tramp paylaşımında Hindistanda “prezident seçkilərinin” ilk turunda 125 milyon insanın səs verdiyini və nəticələrin səsvermə başa çatdıqdan qısa müddət sonra açıqladığını bildirib.
Lakin həmin gün prezident seçkisi keçirən ölkə Hindistan deyil, Braziliya olub.
Qeyd edək ki, Braziliyada oktyabrın 4-də prezident seçkilərinin ilk turu keçirilib və nəticələr sürətlə açıqlanıb.
Safura Bənnayeva
Globalinfo.az