Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi Okinavada qadının öldürülməsi ilə bağlı ABŞ-ın Tokiodakı səfiri Corc Qlassı çağırıb.
Globalinfo.az xəbər verir ki, Moteqi hadisəyə görə ABŞ tərəfinə etiraz edib və istintaqda tam əməkdaşlıq tələb edib.
Polis 39 yaşlı qadının qətlində şübhəli bilinən 20 yaşlı ABŞ dəniz piyadasını saxlayıb.
Qadının meyiti otel otağında tapılıb.
Kameralarda şübhəlinin qadınla birlikdə otağa girdiyi, daha sonra isə tək çıxdığı müəyyən edilib.
Şübhəli ittihamları qəbul etmir. ABŞ tərəfi isə istintaqa kömək etdiyini bildirib.