Ismayil B%C9%99qayi

“Diqqətimiz Hörmüz boğazının təhlükəsizliyindədir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

O, ABŞ-ın Tehrana təqdim etdiyi təkliflərin Vaşinqtonun nüvə məsələsi ilə bağlı əvvəlki mövqeyindən fərqlənmədiyini bildirib:

“Biz bu mövzuda Çin və Rusiya ilə daim məsləhətləşir və koordinasiyalı şəkildə hərəkət edirik”.

Bəqayi Qərb mediasında İranın sanksiyaların azaldılması müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin Tehrana qayıtmasına razılıq verdiyi barədə yayılan məlumatları təkzib edib:

“Belə bir məsələ müzakirə olunmayıb. Biz ümumiyyətlə nüvə məsələsinə daxil olmamışıq. Bizim vəzifəmiz şərtlərimizi çatdırmaq idi.

Bu şərtləri “yeddi günlük plan” adlandırılan təklif çərçivəsində vasitəçilərə təqdim etdik. Onlar da bu şərtləri ABŞ tərəfinə çatdırıblar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: