dsx

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş hərbi xidmət zamanı xəstəliyinin aşkarlandığını və bunun hazırda iş tapmasına mane olduğunu iddia edir.

Globalinfo.az xəbər verir ki, şikayətçi Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmətə sağlam vəziyyətdə başladığını iddia edir.

Xidmət müddətində bir neçə dəfə tibbi müayinədən keçsə də, həmin yoxlanışlarda hər hansı xəstəlik aşkarlanmayıb. Vətəndaş bildirir ki, 11 ay sonra, müddətdən artıq hərbi xidmət keçmək üçün müraciət etdiyi zaman yenidən tibbi müayinədən keçirilib və qanında virus aşkarlanıb. Bundan sonra isə hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılıb.

Şikayətçi iddia edir ki, hərbi xidmət dövründə məzuniyyətə çıxmayıb və xəstəliyə xidmət zamanı yoluxduğunu düşünür. Onun sözlərinə görə, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsə də, təxminən iki ildir nəticə əldə edə bilmir.

Vətəndaş həmçinin hərbi biletində xəstəliyin açıq şəkildə qeyd olunmasının iş tapmasına mane olduğunu və hər hansı sosial ödəniş və ya sığorta vəsaiti almadığını bildirir.

 

Paylaş: