Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus Su-35 qırıcısının Voronej vilayətində Mi-8 helikopterini pilotsuz uçuş aparatı (PUA) ilə səhv salaraq vurduğu iddia edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində helikopterdə olan üç nəfər – pilot, şturman və tuşlayıcı həlak olub:
“İnsident oktyabrın 1-də Voronej vilayətinə kütləvi PUA hücumunun dəf edildiyi vaxt baş verib. Su-35-in ekipajı Mi-8 helikopterini səhvən pilotsuz uçuş aparatı kimi müəyyənləşdirərək ona atəş açıb.
Helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən Anninski rayonunda qəzaya uğrayıb”.
Digər “Telegram” kanalı – “Oko Qora” isə bildirir ki, Mi-8 uçuş-enmə zolağında olub və PUA təhlükəsi elan edildikdən sonra havaya qalxıb. Bundan sonra helikopter Su-35 qırıcısının atəşinə məruz qalıb.
Safura Bənnayeva
Globalinfo.az