metyu report

ABŞ enerji layihələrini qlobal bazarların maraqlarından çıxış edərək dəstəkləyib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, “Jamestown Foundation”ın Direktorlar Şurasının üzvü Metyu Brayza Bakıda keçirilən “CAMCA 2026” Regional Forumunda bildirib.

“ABŞ bu layihələrdə karbohidrogenlərə çıxış əldə etmək və ya onlara nəzarət etmək məqsədilə iştirak etməyib. Bu, ABŞ-ın milli maraqlarının maksimum dərəcədə təmin edilməsi baxımından nəzərdən keçirilirdi”, – o qeyd edib.

Diplomat enerji ehtiyatlarının tədarük marşrutlarının şaxələndirilməsinin və onların ayrı-ayrı coğrafi “dar boğazlar”da cəmləşməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.

M.Brayzanın sözlərinə görə, Vaşinqton istehsalçı ölkələrin enerji resurslarının beynəlxalq bazarlara çıxışına kömək etməyə çalışıb. Bundan əlavə, o, ABŞ tərəfinin xarici iqtisadi siyasətinin həyata keçirilməsində səmərəli qurumlararası koordinasiyanın əhəmiyyətini diqqətə çatdırıb.

Paylaş: