Fridrix Merzin reytinqi Almaniya kanslerləri arasında indiyədək qeydə alınan ən aşağı səviyyəyə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Welt” ARD-Deutschlandtrend sorğusuna istinadən yazıb.
Araşdırmaya əsasən, sorğuda iştirak edənlərin cəmi 10 faizi Merzin fəaliyyətindən razı olduğunu bildirib.
Respondentlərin 88 faizi isə onun Almaniya kansleri kimi fəaliyyətindən narazı olduğunu deyib.
“Bu nəticə Xristian Demokrat İttifaqının (CDU) sədrini ARD-Deutschlandtrend sorğuları tarixində kansler üçün qeydə alınmış ən aşağı dəstək səviyyəsinə gətirib”, – materialda qeyd olunub.
Xatırladaq ki, sentyabrın 20-də Meklenburq-Ön Pomeraniya əyalət parlamentinə seçkilər keçirilib. CDU cəmi 4,9 faiz səs toplayıb və tarixində ilk dəfə əyalət qanunverici orqanına keçə bilməyib. Seçkilərdə 38,2 faiz səs toplayan “Almaniya üçün Alternativ” (AfD) qalib gəlib.
Bundan əvvəl AfD Saksoniya-Anhalt əyalət parlamentinə keçirilən seçkilərdə də qalib gəlib. Partiya 43,8 faiz səs toplayıb. CDU isə bu göstəricinin yarısını belə əldə edə bilməyərək 17,2 faiz səs toplayıb. Partiyanın baş nazirliyə namizədi Leyf-Erik Holm nəticəni tam uğur adlandıraraq hökuməti formalaşdırmaq hüququnun onlarda olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az