pasinyan gulus 111

“Ermənistan hökuməti ABŞ-ın İrana qarşı hazırladığı yeni sanksiya paketlərini araşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, İran aviaşirkətlərinin ölkəsinə uçuşlarında problemlərin yaranması ehtimalı ilə bağlı sualı belə cavablandırıb:

“İrəvan bütün tərəfdaşları ilə münasibətlərdə şəffaf siyasət yürüdür və xüsusilə dost ölkələrlə əlaqələrin qorunmasına çalışır.

Lakin keçə bilməyəcəyimiz bir xətt var və bu, Ermənistanın özünün sanksiyalarla üzləşməsi riskidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: